“Şalke” Almaniya Kubokunu darmadağınla qazandı

Komanda finalda “Duysburq”un qapısından beş cavabsız qol keçirib.

22.05.2011 | 5144 dəfə oxunub

Almaniya Kubokunun qalibi müəyyənləşib. Stadium.az xəbər verir ki, kubokun finalında “Schalke” “Duisburg”la qarşılaşmada inamlı qələbə qazanaraq, kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, Bundesliqa təmsilçisi olan “Şalke”nin həlledici qarşılaşmadakı rəqibi ikinci Bundesliqada çıxış edən “Duysburq” idi. Berlində keçirilən görüş kifayət qədər qollu alınıb. “Şalke”yə qələbə gətirən qolları 18-ci dəqiqədə Julian Draksler, 22 və 70-ci dəqiqələrdə Klaas-Yan Huntelaar, 42-ci dəqiqədə Benedikt Hövedes, 55-ci dəqiqədə isə Xose Manuel Jurado qeyd edib.

“Şalke” bu qələbə sayəsində tarixində beşinci dəfə bu kuboku başı üzərinə qaldırmış oldu. Bu komanda sonuncu dəfə 2002-ci ildə belə uğura imza ata bilmişdi. 2005-ci ildə isə finala çıxmasına rəğmən, “Bayern”ə 1:2 hesabıyla məğlub olmuşdu.

Elmar ƏLİZADƏ



  #1   Adınız: Terlan Hesenov;   E-mail: ---

23.05.2011 02:31

Halaldi Shalkeye laiq idi.. Qelebenide laiqcesine qazandi

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail