Zidanla Materazzi barışdı

10.12.2010 | 4315 dəfə oxunub

2006-cı il Dünya Kubokunun finalı heç kimin yadından çıxmaz. Matçın sonuna dəqiqələr qalarkən Materazzinin soyüşlərinə tab gətirməyərək ona baş zərbəsi endirən Zidan meydandan qovulmuşdu. Bu iki futbolçu yaxınlarda barışıb. Bunu isə italyan oyunçu deyib. Materazzi bu barədə «La Gazzetta Dello Sport» danışıb: «Oteldən çıxırdım, bəzi insanlar məni dayandırmaq istəyirdilər. Çünki Zidan maşınını mənim maşınımın yanında saxlamışdı və içəri daxil olmağa hazırlaşırdı. «Burada bir problem görmürəm deyərək» oteldən çıxdım və Zidanla qarşılaşdıq. Onu görmüşkən, deyəcək sözlərim vardı. O sözlər ki, ancaq onun və mənim bilməyim lazım gələn, ikimizin arasında qalacaq sözlər. Bir az çox danışdım. Söhbətin sonuna yaxın əlimi sıxmaq istədi, əlini sıxdım və üzümə baxana qədər əlini buraxmadım. Bu, uzun zamandır mənim istədiyim an idi».

rn

2006-cı il il iyulun ayının 9-da Dünya Kubokunun final matçında Berlinin «Olimpiya» stadionunda üz-üzə gələn Fransa və İtaliya millilərinin oyunu 90 dəqiqədə 1:1 hesabı ilə başa çatmışdı. Buna görə də komandalar əlavə 30 dəqiqə oynamaq məcburiyyətində qalmışdı. Görüşün 110-cu dəqiqəsində bir mübahisənin ardınca Zidan  Materazzini başıyla vuraraq qırmızı vərəqə almışdı. İtaliya millisi isə penaltilərlə qalib gələrək Dünya Kubokunu qazanmışdı.

rn

Zidan karyerasını bitirsə də, Materazzi «İnter»də çıxışını davam etdirməkdədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail