Almaniya millisi itirə-itirə gedir

26.05.2011 | 3940 dəfə oxunub

AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də millimizin qonağı olacaq Almaniya yığması daha bir itki ilə üzləşib. Stadium.az xəbər verir ki, Bundestimin yarımmüdafiəçisi Sven Bender də qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək.
 
Dortmund “Borussiya”sının orta sahə oyunçusu zədələndiyi üçün əməliyyat olunub və təxminən 2-3 həftə istirahət etməlidir. Məhz buna görə baş məşqçi Yoahim Löv onu heyətdən çıxarmaq məcburiyyətində qalıb.
 
Maraq üçün xatırladaq ki, Yoahim Löv Benderdən öncə “Bayern”in yarımmüdafiəçisi Bastian Şvaynştaygeri də heyətdən kənarlaşdırmışdı. Onlardan əlavə Münhenqladbax “Borussiya”sının yarımmüdafiəçisi Marko Roys da Bakıdakı qarşılaşmanı buraxa bilər.
 
Sonda Almaniya yığmasının mayın 29-da yoldaşlıq görüşü çərçivəsində Uruqvayla, iyunun 3-də və 7-də isə müvafiq olaraq AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya və Azərbaycanla qarşılaşacağını da vurğulayaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail