"Uruqvayla qarşılaşma Azərbaycanla oyun öncəsi məşq xarakteri daşıyır"

27.05.2011 | 4063 dəfə oxunub

AVRO-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Avstriya və Azərbaycanla rəsmi oyunlar öncəsi keçirəcəkləri Uruqvayla yoldaşlıq görüşünün əhəmiyyətindən danışıb. Stadium.az xəbər verir ki, o, bu haqda açıqlamasında aşağıdakıları dilə gətirib:
 
“Uruqvayla qarşılaşma seçmə mərhələ oyunları öncəsi bizim üçün son məşq xarakteri daşıyır. Düzdü, cənubi amerikalıların oyun stili Avstriya və Azərbaycanınkından fərqlənir. Amma mən yenə oyunçularımı məhz seçmə oyunlara hazırlıq üçün yükləyəcəm. Bizim Avstriya və Azərbaycan üzərində qələbə qazanmaqla Avropa Çempionatının əsas mərhələsinə vəsiqəni təmin etmək üçün əla şansımız var. O zaman seçmə mərhələnin qalan oyunlarına daha arxayın çıxa bilərik” – deyə, Yoahim Löv alman həmkarlarımıza açıqlamasında qeyd edib.
 
Qeyd edək ki, Almaniya yığması Avstriya ilə iyunun 3-də, millimizlə isə iyunun 7-də qarşılaşacaq. Bu oyunlar öncəsi Bundestim mayın 29-da Uruqvayla sınaq matçına çıxacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail