Əfsanəvi futbolçu karyerasını bitirdi

31.05.2011 | 4002 dəfə oxunub

İngiltərənin "Mançester Yunayted" klubunun əfsanəvi oyunçularından olan Pol Skoulz  karyerasını başa vurduğunu açıqlayıb. Stadium.az xəbər verir ki, Britaniya mətbuatına açıqlama verən veteran futbolçu karyerasını bitirməyin vaxtının çatdığını deyib.
 
O, bundan sonra "qırmızı şeytanlar”ın texniki heyətində yer alacağını da bildirib. Maraq üçün xatırladaq ki, artıq Skoulzun 37 yaşı var və 17 il idi ki, bu klubun şərəfini qoruyurdu.
 
Qeyd edək ki, elə "Mançester Yunayted"in yetirməsi olan Skoulz karyerası ərzində yalnız bu klubun formasını geyinib. Yarımmüdafiəçi 1994-cü ildə əsas heyətə cəlb olunub və indiyədək 466 oyunda 102 qola imza atıb. İngiltərə millisində 66 oyun keçirib 14 qol vuran futbolçu 10 dəfə İngiltərə çempionu olub, 3 dəfə Federasiya Kubokunun, 2 dəfə Liqa kubokunun, 2 dəfə Çempionlar Liqasının, 1 dəfə Qitələrarası Kubokun, 1 dəfə isə Klublararası Dünya çempionatının qalibi adını qazanıb.
 
Ötən həftə sonu Çempionlar Liqasında “Barselona” ilə oynanılan final qarşılaşmasında 14 dəqiqə forma geyə bilən Skoulz üçün bu matç karyerasındakı son rəsmi matç oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail