Rəqibimizin qapıçısı "Bayern"ə keçdi

02.06.2011 | 4046 dəfə oxunub

Almaniyanın “Bayern”  klubu bu ölkənin milli komandasının da əsas qapıçısı olan Manuel Noyeri rəsmən sıralarına qatdığını bəyan edib. Stadium.az xəbər verir ki, bir neçə ay idi ki, bununla bağlı danışıqlar aparan Bundesliqa təmsilçisi nəhayət istəyinə çatıb.
 
Özü də maraqlıdı ki, “Bayern” “Şalke”nin şərəfini qoruyan təcrübəli qapıçı ilə yanaşı İtaliyanın “Cenoa” klubunun formasını geyinən braziliyalı müdafiəçi Rafinyanın da transferini tamamlayıb.
Almaniya nəhənginin rəsmi internet saytından verilən açıqlamya görə, “Bayern” Noyer üçün “Şalke”yə 18 milyon avroluq transfer haqqı ödəyəcək. Rafinyaya görə isə “Cenoa”ya 5.5 milyon avro veriləcək.
 
Maraq üçün xatırladaq ki, Noyer hazırda Almaniya yığmasının düşərgəsində Avstriya və Azərbaycanla AVRO-2012-nin seçmə oyunlarına hazırlaşır. Onun komandası iyunun 3-də səfərdə Avstriyanın, 7-də isə millimizin qonağı olacaq və sözügedən qapıçı bu görüşlərə artıq tam arxayın çıxa biləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail