"Roma" "Barselona"nın baş məşqçisini aldı

11.06.2011 | 3429 dəfə oxunub

İtaliyanın aparıcı klublarından “Roma”nın yeni baş məşqçisinin kimliyi nəhayət ki, dəqiqləşib. Stadium.az xəbər verir ki, dünən son çalışdırıcısı Vinçensto Montellanın “Kataniya”nın sükanı arxasına keçməsindən sonra onsuz da yeni baş məşqçiylə güclənəcəyi dəqiqləşən paytaxt klubunu bundan sonra Luis Enrike çalışdıracaq.
 
Dünən İtaliya paytaxtına təşrif buyuran ispaniyalı gənc mütəxəssis Romanın eyniadlı klubuyla 2 illik müqaviləyə imza atıb. Bu, İspaniya yığmasının və “Barselona”nın sabiq yarımmüdafiəçinin məşqçilik karyerasında ikinci komanda olub.
 
Buna qədər o, “Barselona”nın B komandasını çalışdırırdı. İspaniyanın birinci divizionunda çıxış edən Enrikenin komandası çempionatı üçüncü pillədə başa vursa da, La Liqada Barsanın əsas komandası çıxış etdiyindən güclülər dəstəsinə çıxa bilməyib. “Roma”nın yeni rəhbərliyi Kataloniya klubunun çalışdırıcısını gətirməklə bu komandanın məhz “Barselona” kimi baxımlı futbol oynamasına nail olmaq istəyindədi. Elə Luis Enrike de təqdimat mərasimində “canavar”lara hücum futbolu oynadacağını bəyan edib. Maraq üçün xatırladaq ki, “Roma” İtaliyada son illər uğur qazana bilməsə də, sərgilədiyi hücum futbolu ilə çoxlarının zövqünü oxşayırdı.



  #1   Adınız: Natan.A;   E-mail: [email protected]

11.07.2011 14:16

Yaxshi bes bu sheklin ve Shaxterin soyunub giyinme otagindaki bu shexsin bu xebere ne dexli var?

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail