"Azərbaycan millisi Sloveniya yığmasından heç də zəif deyil"

30.01.2014 | 4753 dəfə oxunub

"Komandanın qarşısına yüksək vəzifələr qoyulub. İlk işimiz qrup mərhələsindən 1/4 finala yüksəlməkdir. Dünən keçirilən oyunlar göstərdi ki, Avropa çempionatında zəif komanda yoxdur. Xorvatiya millisinin İspaniya yığması ilə heç-heçə etməsi, Sloveniya yığmasının İtaliya millisi kimi təcrübəli komandanı məğlub etməsi sensasiya oldu".

Stadium.az xəbər verir ki, bu sözləri Avropa çempionatında ilk matçına çıxacaq futzal millimizə dəstək olmaq üçün Belçikanın Antverpen şəhərində olan Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib. 

AFFA-nın rəsmi saytına danışan Z.Axundov millimizin çətin qrupda yer aldığını bildirib: "Azərbaycan millisi Sloveniya yığmasından heç də zəif deyil. Sloveniyalılar İtaliya millisi ilə oyunda 6 əsas futzalçının xidmətindən istifadə etdi. Bəzi oyunçular 40 dəqiqəni əvəz olunmadan meydanda keçirdi. Amma bizim iki güclü heyətimiz var. Bu da həlledici amillərdən biridir. Yəni Sloveniya yığmasını məğlub etmək borcumuzdur. İtaliya millisinin dünən nümayiş etdirdiyi oyun mənim üçün müəmmalı qaldı. Onlardan bu cür zəif oyun gözləmirdim. İtaliya yığması Avropa çempionatının favoritlərindən biridir. Heyətlərində Avropanın ən güclü klublarında oynayan futzalçılar yer alıb. Onlar potensiallarının cəmi 10 faizindən istifadə edə bildilər. Çətin qrupda yer almışıq. Amma hər şey özümüzdən asılıdır.

Millinin əsas bazasını “Araz” klubu təşkil edir. Bu klubun UEFA kubokunun “Dördlər finalı”na vəsiqə qazanması böyük nailiyyətdir. Ancaq federasiya rəhbəri kimi klubun uğurundan daha çox millinin irəliləməsinə, inkişaf etməsinə çalışmışam. Baş məşqçi və futzalçılarla da bu barədə söhbətimiz olub. Onlara arxayınlaşmamağı tövsiyə etmişəm". Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final mərhələsində ilk matçını sabah Sloveniya yığmasına qarşı keçirəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail