Aleksis Sançesin "Barselona"ya keçidi rəsmiləşdi

22.07.2011 | 5963 dəfə oxunub

İspaniyanın "Barselona" klubu İtaliyanın "Udineze" komandasının və Çili yığmasının futbolçusu Aleksis Sançesin keçidini rəsmiləşdirib.
Stadium.Az xəbər verir ki, 23 yaşlı hücumçunun transfer məbləği 26 milyon avro təşkil edib. Bu, Kataloniya təmsilçisinin 2011-ci ilin yayında heyətinə qatdığı ilk oyunçu olub. 
Sançes yeni klubu ilə 5 illik müqavilə bağlayıb. Onun "Barsa"dakı çıxışından asılı olaraq, "Udineze" daha 11,5 milyon avro alacaq. Futbolçunun rəsmi təqdimatı iyulun 25-də keçiriləcək. 
Aleksis Sançes "Udineze"yə 2006-cı ildə Çilinin "Kobreloa" klubundan keçib. İtaliyalılar onu iki dəfə - Çilinin "Kolo-Kolo" və Argentinanın "River Pleyt" komandalarına icarəyə veriblər. 
Sançes 2010-2011-ci il mövsümündə 31 oyuna 12 qol vurub. Bundan başqa 22 yaşlı forvard Çiliyə Amerika Kubokunda 1/4 finala çıxmaqda yardımçı olub. Ümumiyyətlə, Sançes karyerası ərzində yığmada 40 oyun keçirib və 13 qol vurub.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail