"Qarabağ"a qarşı oynayan futbolçu "Real"a keçir?

09.12.2014 | 3235 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu dekabrın 11-də Bakıda “Qarabağ”a qarşı keçirəcək “İnter” qış fasiləsində heyətində ciddi dəyişikliklər edəcək. Stadium.Az xəbər verir ki, transfer çalışmalarını davam etdirən “neradzurra” bir neçə oyunçusu ilə də yollarını ayıra bilər.

Komandadan getməsi real görünən oyunçulardan biri də Mateo Kovaçiçdi. 20 yaşlı yarımmüdafiəçinin meneceri Marko Naletiliç müştərisinin İspaniya nəhənglərindən birinə keçə biləcəyini istisna etməyib: “Böyük istedadı olan futbolçular haqda transfer xəbərlərinin yayılması normal haldı. Düzdü, Kovaçiç özü “İnter”də qalmağın tərəfdarıdı. Amma o, özünü daha böyük klublarda, konkret olaraq “Real” və ya “Barselona”da sınaya bilər. Çünki bu komandalardan təklif almışıq”.

Qeyd edək ki, millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən olan Xorvatiya yığmasının da formasını geyinən Mateo Kovaçiç “İnter”ə bu mövsümün əvvəlində Zaqreb “Dinamo”sundan keçib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail