Premyer Liqada növbəti istefa

30.12.2014 | 3575 dəfə oxunub

İngiltərənin "Vest Bromviç" klubunun baş məşqçisi Alan İrvayn istefaya göndərilib. Stadium.Az xəbər verir ki, buna Premyer Liqa təmsilçisinin son turlarda uğursuz çıxışı səbəb olub.

"Vest Bromviç"in 19 turdan sonra 17 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşması rəhbərliyi narazı salıb. Bu səbəbdən baş məşqçi ilə yollar ayrılıb. Komanda müvəqqəti olaraq İrvaynın köməkçisi işləyən Rob Kelliyə tapşırılıb. "Vest Bromviç"in yeni baş məşqçisi gələn ay müəyyənləşəcək.

Qeyd edək ki, daha öncə "Kristal Palas"ın baş məşqçisi Neil Varnok istefaya göndərilmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail