"Noyerin "Qızıl top"u alması üçün əlimdən gələni etdim"

14.01.2015 | 4274 dəfə oxunub

Hal-hazırda Qatarda təlim-məşq toplanışında olan "Zenit"in futbolçusu Anatoli Timoşuk klubun saytına müsahibə verib. Stadium.AZxəbər verir ki, ukraynalı futbolçu "Qızıl top"a namizədlər arasında keçmiş komanda yoldaşı Manuel Noyeri dəstəklədiyini gizlətməyib. 
"Təəssüf ki, Noyer "Qızıl top"u qazanmadı. Eyni zamanda Ronaldonun baxımli oyunu, əla formada olması, qollarını da unutmaq olmaz. Əlimdən gələni etdim ki, Manuel mükafata sahib çıxsın. Bununla, Noyer Lev Yaşindən sonra "Qızıl top"u qazanan ikinci qapıçı ola bilərdi. Amma, görünür, qismət deyilmiş. Ümid edirəm ki, yaxın gələcəkdə istəyinə çatacaq".
- "Zenit" Qatarda təlim-məşq toplanışı keçir. "Bavariya" də burda yerləşib. Noyer rastınıza çıxsa, ona nə deyərsiz?
- Deyərəm ki, əhvalını pozmasın. Mən ona səs vermişəm. Noyer psixoloji cəhətdən çox güclü futbolçudur. Bu səbəbdən düşünmürəm ki, "Qızıl top"u almaması ona zərbə olsun. Əksinə Manuel son üçlükdə yer aldığı üçün şad idi. Sürixdəki şounu yaddan çıxarmayacaq. Hesab edirəm ki, pozitiv əhval-ruhiyyə ilə Dohaya gəlib. Robben də ilin "Simvolik yığması"na düşdü. və Hollandiyada "İlin idmançısı" seçildi. Orada həmin mükafatı 27 ildən sonra ilk dəfə futbolçu aldı. Buna görə Robben də oyun və psixoloji cəhətdən yaxşı durumdadır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail