"Bunu məndən gözləməyin"

06.02.2015 | 3538 dəfə oxunub

Bu mövsüm Almaniya Bundesliqasında işləri yolunda getməyən "Borussiya" (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp komandasının uğursuz çıxışını dəyərləndirib. Stadium.Az xəbər verir ki, Almaniya mətbuatına danışan Klopp istefa verməyi düşünmədiyini bildirib:

"Hazırkı vəziyyətə cəsarətlə yanaşmalıyıq. Mövsümün ikinci yarısına yaxşı hazırlaşmışıq. Lakin "Ausburq"la oyunda çatışmazlıqlar oldu. Həmin matç mövsümün ilk yarısındakı oyunlarımızı xatırlatdı. Yeganə müsbət cəhət komandanın fiziki hazırlığının yaxşı vəziyyətdə olmasıdır. Bundan maksimum istifadə etməliyik. Mövsümün ikinci dövrəsində bizə çətin olacağını bilirəm. Lakin komandanın Bundesliqada qalması üçün lazımi xalları toplayacağına inanıram. İstefa verməyi də düşünmürəm. Bunu məndən gözləməyin".

Qeyd edək ki, "Borussiya" Bundesliqanın geridə qalan 19 turundan sonra 16 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail