"Atletiko"nun prezidenti danışıqlar üçün Bakıya gəlir

10.02.2015 | 4074 dəfə oxunub

“Atletiko” (Madrid) klubunun idarə heyətinin sədri Miqel Anxel Gil Marin bu həftə Bakıya gələcək. Stadium.Az xəbər verir ki, səfərdə məqsəd sponsorluq müqaviləsi ilə bağlı danışıqlar aparmaqdır.

"Atletiko"nun Azərbaycanla mövcud müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Madrid klubu bu əməkdaşlığı davam etdirməkdə maraqlıdır və bu səbəbdən Marinin Azərbaycana səfəri planlaşdırılır.

Anxel Gil Marin ölkəmizdəki işini tamamladıqdan sonra Türkiyəyə səfər edəcək. Arda Turanın transferindən sonra Türkiyədə yaxşı dostlar qazanan "Atletiko" bu ölkə ilə də əməkdaşlıq etmək niyyətindədir. Səfər zamanı "Turkish Airlines" şirkətinin rəhbərliyi ilə sponsorluq müqaviləsi müzakirə olunacaq.

Qeyd edək ki, "Atletiko" iki ildən artıqdır ki, La Liqa və Çempionlar Liqasının oyunlarına üzərində "Land of Fire Azerbaijan" (hazırda “Baku-2015”) yazılı forma ilə çıxır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail