Lənət davam edir: Remsinin son qurbanı onlar oldu

15.04.2015 | 4238 dəfə oxunub

"Arsenal"ın gənc futbolçusu Aaron Remsinin vurduğu hər qoldan sonra bir məşhur insanın öldüyü xəbəri haqda hər kəs məlumatlıdı. Stadium.Az xəbər verir ki, 2008-ci ildə "Kardiff"dən London klubuna transfer olunan oyunçu 2011-ci ilin mayın 1-də "Mançester Yunayted"in qapısına yol tapandan sonra "Əl-Qaidə"nin lideri Üsamə Bin Laden öldürülmüşdü. 
 
Futbolçu həmin ilin oktyabrın 2-də "Tottenhem"lə görüşdə fərqlənəndən sonra "Apple" şirkətinin sahibi Stiv Cobs ölmüşdü. 
 
Uelsli futbolçu 2011-ci ilin 19 oktyabrında "Marsel"ə qol vurdu və Liviya lideri Qəddafi öldürüldü. Futbolçu 2012-ci ilin fevralında "Sanderlend"ə qol vurandan sonra məşhur müğənni Uitni Hyuston ölüb. 
 
Remsi 2013-cü ildə "Kardiff"lə Premyer Liqa matçında fərqləndikdən sonra "Forsaj" filminin baş qəhrəmanı Pol Uoker avtomobil qəzasında dünyasını dəyişdi.

Ulduz futbolçunun son qurbanı isə tanınmış ədəbiyyatçılar - Günter Grass və Eduardo Galeano olublar. Məşhur simalar Remsinin ötən həftə "Börnli"yə qol vurmasından sonra dünyalarını dəyişiblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail