Foqts cüt oyunların sirrini bilir

08.09.2011 | 6161 dəfə oxunub

Azərbaycan milli komandası uzun illər boyu cüt oyunlardan əziyyət çəkərək belə qarşılaşmalardan maksimum qaçmağa çalışıb. Stadium.az xəbər verir ki, Avro-1996-ın seçmə mərhələsindəki debüt anından başlayaraq yığmamız cüt oyunlarda ən azı 1 məğlubiyyət almağa adət etmişdi. 
Lakin Berti Foqtsun yığmanın baş məşqçi postuna gəlməsindən sonra bu uğursuz tendensiyaya son qoymaq mümkün olub. Özü də artıq 2-ci dəfə. 
Söhbət komandamızın ardıcıl keçirdiyi cüt oyunların hər 2-də xal qazanmasından gedir. Ötən seçmə mərhələnin sonlarında əvvəl Lixtenşteyni səfərdə udan (2:0) Berti Foqtsun yetirmələri sonra Rusiyanı Bakıda büdrətmişdi – 1:1. 2009-cu il oktyabrın 10-u və 14-nə təsadüf edən həmin cüt qarşılaşmalar futbol tariximizdə ilk idi.
Bu dəfə sentyabrın 2-də Belçikanı büdrədən yığmamız (1:1), ayın 6-da Qazaxıstanı məğlub etdi – 3:2. Yenə cüt oyunlarda 4 xal qazanan Foqtsun yetirmələri bunu Bakıdakı qarşılaşmalarda gerçəkləşdirdi.
Lakin tarixində cəmi 2 dəfə cüt oyunlardan üzüağ ayrılan komandamız almaniyalının gəlişindən sonra hər seçmə mərhələdə 1 dəfə bunu bacarıb. Avro-2012-də ikinci dəfə cüt oyunlarda tarixi nəticəni təkrarlamağımız da mümkündür.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail