28 matçdan sonra "Barselona" ilk məğlubiyyət acısını yaşadı

20.01.2011 | 4399 dəfə oxunub

rn

Oynadığı futbol ilə tərəfli-tərəfsiz bütün futbolsevərlərin könlündə yer alan “Barselona” uzun müddət sonra məğlubiyyət acısı yaşadı. Stadium.az xəbər verir ki, 28 matçdır məğlub olmayan “katalonlar” İspaniya İkinci Liqasında mübarizə aparan “Real Betis”ə boyun əyib. Belə ki, İspaniya Kral Kuboku 4.1 final ikinci matçında “Betis”in qonağı olan “Barselona” meydanı 3:1 hesabı ilə məğlub tərk edib. Matçda hesabı meydan sahibləri açıb. 2 və 7-ci dəqiqələrdə səhnəyə çıxan Molina komandasını hesabda irəli çıxarıb-2:0. Bu qollara cavabı 38-ci dəqiqədə Lionel Messi verib və aradakı fərqi azaldıb-2:1. İlk hissənin əlavə vaxtında meydan sahibləri fərqi yenidən iki topa çatdırıb-3:1. 54-cü dəqiqədə hakim kobud oyuna görə qonaqların lehinə penalti təyin edib. Lakin bu fürsətdən argentinalı ulduz Messi yararlana bilməyib və topu qapı dirəyinə vurub.

rn

Qeyd edək ki, məğlub olmasına baxmayaraq “Barselona” yarımfinala vəsiqə qazanıb. Yarımfinalda “Katalonlar”ın rəqibi “Almeyra” olacaq.

rn

Xatırladaq ki, bu mövsüm La Liqada “Barselona” doğma azarkeşləri önündə “Almeyra”nı 8:0 hesabı ilə darmadağın etmişdi

rn

Xəyal Azəroğlu



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail