"Yanq Boyz" Bakıya qələbə ilə gəlir

23.08.2015 | 3345 dəfə oxunub

Bu gün İsveçrə çempionatında 6-cı turun oyunları keçirilib. Stadium.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Yanq Boyz" da növbəti matçına çıxıb.

Bern təmsilçisi səfərdə "Sion"la qarşılaşıb. Matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 22-ci dəqiqədə Yuya Kubo açıb. Amma meydan sahibləri 46-cı dəqiqədə hesaba tarazlıq gətiriblər. 57 və 77-ci dəqiqələrdə fərqlənən Aleksandr Qonsaleslə Miraləm Süleymani "Qarabağ"ın rəqibinə qələbə qazandırıb. 81-ci dəqiqədə "Yanq Boyz"un futbolçusu Denis Zəkəriyyə ikinci sarı - qırmızı vərəqə ilə meydandan qovulsa da, bernlilərin 3:1 hesablı qələbəsinə mane olmayıb.

Qeyd edək ki, "Yanq Boyz" ölkə çempionatında hazırda 9 xalla 10 klub arasında 3-cü yerdə gedir. "Qarabağ"la bu klub arasında səfərdə keçirilmiş ilk oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü isə avqustun 27-də Bakıda keçiriləcək.

"Yanq Boyz"un bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Yvon Landri Mvoqo, Floren Haderqyonay, Stiv fon Bergen, Yan Leçyaks, Qreqori Vyutrix (Alen Roşa, 72), Leonardo Bertone, Miraləm Süleymani (Skott Satter, 82), Denis Zəkəriyyə, Aleksandr Qonsales, Yuya Kubo, Gilom Oaro (Milan Qayiç, 86).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail