"Bu görüşdən sonra "Qəbələ" ilə oyun haqda düşünəcəyik"

24.08.2015 | 3213 dəfə oxunub

"Qəbələ" ilə ilk oyunda xeyli qol imkanlarımız oldu. Lakin bunların heç birindən yararlana bilmədik. Doğrudur, qapımızı toxunulmaz saxladıq. Ancaq səfərdə qol vurmaq önəmli idi".

Stadium.Az-ın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Panatinaikos"un futbolçusu Nikos Kaltsas deyib.

25 yaşlı futbolçu Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə cavab matçının çətin keçəcəyini bildirib: "İlk oyunun nəticəsindən çox şey asılıdır. Cavab görüşü çətin keçəcək. Oyun ərzində çox hücumlar təşkil etsək də, son nöqtəni qoya bilmirik. Bunun üzərində çox çalışmalıyıq. Ancaq ilk öncə bu axşam superliqada "Panetolikos"la önəmli matçımız var. Bu görüşdən sonra "Qəbələ" ilə oyun haqda düşünəcəyik. Qrup mərhələsinə yüksələcəyimizə inanıram. Bunun üçün erkən qol vurmaqla cütün taleyini həll etməliyik".

Qeyd edək ki, "Panatinaikos" və "Qəbələ" arasında cavab görüşü avqustun 27-də Afinada keçiriləcək. Bakıda baş tutan ilk görüşdə hesabı açılmayıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail