Xuan Kaudrado İtaliya "A" seriyasında

25.08.2015 | 3201 dəfə oxunub

“Çelsi”nin yarımmüdafiəçisi Xuan Kaudrado İtaliyaya köçüb. Stadium.az xəbər verir ki, kolumbiyalı futbolçu “Yuventus”la anlaşıb.
 
“Çelsi” bu il “Fiorentina”dan transfer etdiyi 27 yaşlı oyunçunu Turin klubuna bir illik icarəyə verib. Bunun müqabilində ingilislər 1,5 milyon avro əldə ediblər. Razılığa əsasən, “Yuventus” gələn ilin yayında Kuadradonu transfer etmək fikrinə düşsə, daha 25 milyon avro xərcə düşməli olacaq.
 
Artıq Turində olan Kuadradonun bu gün tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir.
 
Qeyd edək ki, Xuan Kuadrado İtaliyada “Fiorentina”dan öncə “Udineze” və “Leççe”nin də formasını geyinib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail