Süleymani: “Bakıya qol vurmağa gedirəm”

26.08.2015 | 3954 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsinə düşmək şansımız hələ də var.

 

Stadium.az xəbər verir ki, bunu “Yanq Boyz”un hücumçusu Miralem Süleymani deyib.

Serbiya millisinin üzvü “Qarabağ”la keçiriləcək cavab görüşü üçün Bakıya yüksək əhval-ruhiyyədə gələcəklərini deyib:

 

“Evdə məğlub olacağımız heç ağlımızdan da keçmirdi. Düzdü, mövsümə o qədər də uğurlu start götürməmişik. “Qarabağ”a məğlubiyyət isə əhvalımızı tamam korlamışdı. Lakin çempionatda “Sion” üzərində qələbə qazanaraq, uğursuzluğa son qoyduq. Artıq komandada özünəinam geri qayıdıb”.

 

Süleymani Bakıda qol vurmaq istədiyini də əlavə edib:

 

“Qarabağ” Berndə qələbə qazanıbsa, o demək deyil ki, artıq şansımız qalmayıb. Biz niyə səfərdə qalib gəlməyək? Cəmi bir top fərqi ilə geridəyik, bunu da aradan qaldırmaq olar. Bakıda hücum futbolu göstərməliyik. Mən də əlimdən gələni edəcəm ki, qol və ya qollarımla qələbəyə töhfə verim. Bir hücumçu kimi işim qol vurmaqdı və ora bunun üçün gedirəm”.


“Qarabağ” – “Yanq Boyz” oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail