"Liverpul"la Klopp arasındakı danışıqlara mane olan şərtlər

09.10.2015 | 3588 dəfə oxunub

"Liverpul" rəhbərliyi Brendan Rocersin istefasından sonra baş məşqçi postuna gətirəcəyi Yurgen Kloppla iş şərtlərinin müzakirəsini davam etdirir.

Stadium.az xəbər verir ki, 48 yaşlı mütəxəssis bu gün öz agenti Mark Kosiçke ilə birlikdə müqavilədəki bəzi məsələlərin həlli və anlaşmanın imzalanması üçün İngiltərəyə gedəcək. Gözlənilir ki, sabah Klopp "Liverpul"un yeni məşqçisi kimi ictimaiyyətə təqdim olunsun. Alman mütəxəssisinin maaşı ildə təxminən 10 milyon avro təşkil edəcək. "Liverpul" rəhbərliyi təkid edir ki, Klopp sabiq çalışdırıcı Rocersin köməkçiləri Şon O'Driskoll və Qeri Makallisterlə birlikdə işləsin. Bu, danışıqlarda ciddi problemlər yarada bilər, çünki Klopp Dortmund "Borussiya"sında birgə çalışdığı Jelko Buvaç və Piter Kravyetsi məşqçilər korpusuna daxil etmək istəyir.


Bundan başqa, Klopp transfer məsələlərində son qərarı qəbul etmək hüququna sahib olmaq istəyir. Daha öncədən bu məsələdə müstəsna hüquq "Liverpul"un transfer komitəsinə məxsusdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail