"Qorxu" sözünün düzgün ifadə olduğunu deməzdim"- Andres İniesta

20.11.2015 | 3502 dəfə oxunub

"Barcelona"nın kapitanı Andres İniesta noyabrın 21-də baş tutacaq "El Clasico" barədə danışıb. Stadium.az xəbər verir ki, təcrübəli futbolçu mətbuat konfransında ispan mediasının suallarını cavablandırıb.

- "El Clasico"da çempionatın lideri kimi meydana çıxmaq komandanın güvənini artırırmı?
- Bu, sakit olmaq və stabil olduğumuza inanmağa imkan verir. Bu üstünlük xal fərqindən daha çox arxayınlıq verir. Qalib gəlmək üçün keyfiyyətli oyun göstərməliyik. Qələbə turnir cədvəlində rəqiblə xal fərqini artmağa imkan verəcək.

- Messinin durumu necədir?
- Onu çox müşahidə etməmişəm. Amma xəbərlər müsbətdir. O, bizimlə məşq edir. Əhval-ruhiyyəsi yaxşıdır. Ümid edirəm ki, komanda ilə birlikdə olacaq. O, bizim üçün çox vacib oyunçudur.

- Leo start heyətində meydana çıxacaq?
- Əgər Messi iştirak ərizəsinə salnıbsa, deməli, start heyətində meydana çıxmaq üçün hazırdır. Onu ən yaxşı necə istifadə etməyi demək çətindir. Meydanda nə qədər çox olsa, o qədər yaxşıdır. Messi özünü yaxşı hiss edir. Şənbə günü hansı vəziyyətdə olacaq, baxarıq.

- Qarşıdakı oyunun favoriti "Barcelona"dır?
- Hər zaman optimist olmaq lazımdır. Turnir cədvəli nəticəyə zəmanət vermir. Dünyanın ən yaxşı iki komandası bir-birinə qarşı oynayacaq. Meydanda gözəl nəticə verəcək performans ortaya qoymaq istəyirik.

- "El Clasico" xatirələrin nədir?
- Hər cür xatirələrim var. Bir çox əla oyunlarımız olub. Şübhəsiz ki, "Santiago Bernabeu"da 6:2 hesablı qələbə ən məşhur hadisədir. Amma mühüm əhəmiyyət daşıyan başqa qalibiyyətlər də olub.

- Dünyada baş verənlər terror aktları sizi qorxutmur?
- Bu hadisələr qorxu oyadır. Gözləniləndir, reallığı nəzərə almaq lazımdır. Deyirlər ki, stadionda təhlükəsizlik maksimum dərəcədə təmin ediləcək. Ümid edirəm ki, oyun normal keçər. "El Clasico" idman tamaşasıdır.

- İspaniya millisinin üzvü kimi Belçikada qorxu keçirmədiz?
- "Qorxu" sözünün düzgün ifadə olduğunu deməzdim. Harda olduğmuz və nəyin baş verdiyi ətrafında qeyri-müəyyənlik daha düzgün ifadə olardı. Hər şeyin yaxşı olduğunu düşünüb Belçikaya getdik. Amma qarşı tərəf buna əmin deyildi. Belə anlarda təhlükəsizlik xidmətinə inanmaq lazım gəlir.

- Hazırki "Real"ı zəif adlandırmaq olar?
- Bu fikir əsassızdır. "Real" haqqında mənə sual veriləndə həmişə deyirəm ki, onlarbizim üçün ən təhlükəli rəqibdir. Xüsusilə də öz azarkeşləri önündə oynayanda. "El Clasico"nun çempionatda nəyisə həll etməsi üçün hələ tezdir, özümüzü aldatmamalıyıq. Amma turnir cədvəlinin zirvəsində mümkün qədər çox qalmaq istəyirik. Öz oyunumuzu göstərməliyi. Alınsa, evə 3 xalla qayıdacağıq.

- 10 il öncə komandanın "Santiago Bernabeu"da alqışlanmağını xatırlayırsan?
- Bu, möhtəşəm xatirələr, xüsusi anlar idi. Həmin oyunda Ronaldinyonun çıxışı inanılmaz idi. Azarkeşlər bu oyunu qiymətləndirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail