İspaniyada ən yaxşılar seçildi- FOTO

01.12.2015 | 3533 dəfə oxunub

İspaniya La Liqasında 2014/15 mövsümünün ən yaxşıları müəyyənləşib.

 

Stadium.az xəbər verir ki, bütün mükafatlar “Barselona” və “Real”ın futbolçularına qismət olub. Kataloniya klubunu çempion edən Luis Enrike mövsümün ən yaxşı baş məşqçisi seçilib. Ən yaxşı futbolçu və hücumçu “Barsa”nın lideri Lionel Messi olub. Argentinalı ulduz 38 oyunda 43 qola imza atmaqla buna layiq görülüb. Azarkeşlər isə ən yaxşı hücumçu kimi 35 matçda 48 dəfə fərqlənən “Real”ın forvardı Kriştianu Ronaldonu seçiblər.

“Barselona”nın qolkiperi Klaudio Bravo da öz mövqeyində rəqibsiz olub. 37 oyunda 19 qol buraxan çilili qapıçı mövsüm ərzində 130 seyvlə diqqət çəkib. “Real”ın kapitanı Serxio Ramos (27 oyunda 4 qol) ən yaxşı müdafiəçi, Hames Rodriges isə (29 oyunda 13 qol, 12 məhsuldar ötürmə) ən yaxşı yarımmüdafiəçi adına layiq görülüb.

La Liqada çıxış edən ən güclü cənubi amerikalı Neymar (Braziliya: 33 oyunda 22 qol), ən güclü afrikalı isə Sofian Fequli (Əlcəzair: 33 oyunda 6 qol) seçilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail