"Mən imkan vermərəm ki, kimsə oğlumun həyatını məhv etsin"

24.12.2015 | 3133 dəfə oxunub

Həftənin əvvəlində Serbiyanın “Srvena Zvezda” klubunun rəhbərliyi 19 yaşlı futbolçusu Marko Qruyiçin 7 milyon müqabilində “Liverpul”a transferində razılıq əldə olunduğunu açıqladı. Ancaq anlaşmaya əsasən, gənc xavbek cari mövsümü hazırkı komandasında başa vurmalıdır.

 

Stadium.az xəbər verir ki, Markonun atası Qoran Qruyiç bu “izdivac”a qarşı çıxıb. Söhbət heç də atasının oğluna qarşı çıxmasından getmir. Ata Qruyiç “Srvena Zvezda”nın maliyyə problemlərini məhz oğlunun transferi sayəsində həll etməsindən narazıdır:

 

“Mən imkan vermərəm ki, kimsə oğlumun həyatını məhv etsin. Klubda işləyənlər pulsuz qalıb. İndi də vəziyyətdən çıxış yolunu oğlumun satılmasında görürlər. Ona güclü təzyiq göstərirlər. Az qala gündə 10 dəfə zəng edirlər və “Liverpul”la müqaviləyə qol çəkməsi üçün dilə tuturlar. Paltardəyişmə otağında da oğluma təzyiqlər var. Oyundaşları hesab edir ki, məhz Markonun satışından sonra klubdan borclarını ala biləcəklər. Mən də Markonun pasportunu özümdə saxlayıram. Buradan da elan edirəm ki, oğlum heç yerə getməyəcək. O, yeniyetmələr arasında dünya çempionudur və hazırda “Srvena Zvezda”yla ölkə çempionluğuna doğru addımlayır. Aydın məsələdir ki, gələn il onun qiyməti bir az da artacaq. Bəzi insanlar onu satmağa tələsir. Düzdür, baş məşqçi Miodraq Bojoviçin oğluma hörmət etdiyini bilirəm. Nə üçün oğlumu “Liverpul”da görmək istəmirəm? Çünki bizim gənc futbolçularımız orada möhkəmlənə bilmirlər: Corcoviç, Velkoviç, Toşiç, Markoviç, Pantiç... Yenə sayım? İvanoviç və Vidiçin taleyi başqa mövzudur. Onlar İngiltərə Premyer Liqasına xeyli təcrübə topladıqdan sonra gəliblər. Mən oğluma bələdəm. Onun İngiltərədə oynamaq gücündə olduğunu da bilirəm. Ancaq hazırda Premyer Liqa onluq deyil”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail