"Rəqiblərimizin oyunundan da çox şey asılıdır"

27.12.2015 | 3691 dəfə oxunub

"İlk 4 pillədə qərarlaşa bilməyimiz üçün belə oyunlarda qələbə qazanmalı idik. Artıq çox çətindir. Təbii ki, rəqiblərimizin oyunundan da çox şey asılıdır. Lakin riyazi olaraq şansımız qalacağı təqdirdə komandanın mübarizəni əldən verməsini istəmirəm".

Stadium.az xəbər verir ki, bu sözləri "Çelsi"nin yeni baş məşqçisi Qus Hiddink Premyer Liqada "Uatford"la 2:2 bərabərə qaldıqları oyundan sonra deyib.

Komandasının matçın 80-ci dəqiqəsində penaltidən yararlana bilməməsinə də münasibət bildirən hollandiyalı mütəxəssis bunları dilə gətirib: "Komandanın iki qol buraxmasından sonra göstərdiyi reaksiya əla oldu. Oskarın penaltidən yararlana bilməməsi isə bəxtsizlik idi. Üzərində çalışmalı olduğumuz çatışmazlıqlar var. İrəliyə addımlar ata bilərik. Səhvlərimizdən dərs çıxarmalıyıq".

Qeyd edək ki, "Çelsi" Premyer Liqada geridə qalan 18 turdan sonra 19 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail