"Arsenal"dan çətin qələbə - YENİLƏNİB

17.10.2011 | 8236 dəfə oxunub

İngiltərə Premyer-liqasında 8-ci tura yekun vurulub. Stadium.az xəbər verir ki, turun əksər matçları ilk oyun günündə keçirilib.

Mərkəzi qarşılaşmada "Mançester Yunayted" səfərdə "Liverpul"la üz-üzə gəlib. Bu mövsüm məğlubiyyət acısı yaşamamış "qırmızı şeytanlar" bu qarşılaşmadan da üzüağ çıxıblar. İlk hissəsi qolsuz yekunlaşmış matçın ikinci hissəsində hesab açılıb. Cerard cərimə zərbəsindən vurduğu qolla komandasını önə çıxarıb. Lakin mançesterlilər bərabərlik topunu vurmağa müəssər olublar.

Lider "Mançester Siti" isə qələbə qazanıb. Doğma meydanda "Aston Villa" ilə qarşılaşmış şəhərlilər inamlı qələbə qazanıb və liderliyi əlində saxlayıb.

"Çelsi" də azarkeşlərini sevindirib. Doğma divarlar arasında "Everton"la qarşılaşan "zadəganlar" qələbəni 3 qolla əldə ediblər.

"Arsenal" doğma divarlar arasında "Sanderlend"lə qarşılaşıb. Matçın ilk dəqiqəsində hesabı açan "topçular" üstünlüklərini elə ilk hissədə əldən versələr də, matçın sonlarına yaxın qələbə hesabını bərpa edə biliblər.

Turun daha bir maraqlı matçında isə "Nyukasl"la "Tottenhem" qarşılıqlı qollarla heç-heçə oynayıblar.

İngiltərə Premyer-liqası
8-ci tur
15 oktyabr
 
"Liverpul" - "Mançester Yunayted" – 1:1
Qollar: Cerard, 68 – Ernandes, 81.

 
"Mançester Siti" - "Aston Villa" – 4:1
Qollar: Balotelli, 28, Conson, 47, Kompani, 52, Milner, 71 – Varnok, 65.
 
"Norviç" – "Suonsi" – 3:1
Qollar: Pilkinqton, 1; 64, Martin, 10 - Qraham, 12.
 
KPR – "Blekbörn" – 1:1
Qollar: Helquson, 16 – Samba, 24.

"Stok Siti" – "Fulhem" – 2:0
Qollar: Uolters, 80, Delap, 87.

"Uiqan" – "Bolton" – 1:3
Qollar: Diame, 40 - Reo-Coker, 4, N`Gog, 45, İqles, 90.
 
"Çelsi" – "Everton" – 3:1
Qollar: Sturridc, 31,  Terri, 45, Ramires, 61 – Vellios, 81.

16 oktyabr
 
"Vest Bromviç" – "Volverhempton" - 2:0
Qollar: Brunt, 8, Odemvinqi, 76.

"Arsenal" - "Sanderlend" - 2:1
Qollar: Van Persi, 1; 83 - Larsson, 31.

"Nyukasl" – "Tottenhem" - 2:2
Qollar: Ba, 48, Ameobi, 86 - Van der Vaart, 40-pen, Defo, 68.

Sıra KomandaOQHMT-FXal
1 Mançester Siti871027-622
2 Mançester Yunayted862025-620
3 Çelsi861120-919
4 Nyukasl844011-616
5 Liverpul842211-914
6 Tottenhem741213-1213
7 Stok Siti83326-812
8 Aston Villa825110-911
9 Norviç832310-1111
10 Arsenal831412-1710
11 KPR82336-149
12 Vest Bromviç82247-108
13 Suonsi82247-128
14 Fulhem814310-97
15 Everton72147-117
16 Vulverhempton82156-127
17 Sanderlend813410-106
18 Bolton820612-226
19 Uiqan81256-145
20 Blekbörn81259-185



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail