Ferqüson: "Karyeramın ən böyük məğlubiyyətini aldım"

24.10.2011 | 6282 dəfə oxunub

Premyer Liqanın 9-cu turunda doğma meydanda "Mançester Siti"yə 1:6 hesabı ilə məğlub olaraq 1930-cu ildən bəri ən böyük məğlubiyyətini alan "Mançester Yunayted"in baş məşqçisi Aleks Ferqüson belə bir hesabın ağlasığmaz olduğunu deyib.

Matçdan sonra məyus olduğu görünən Ferqüson bunları deyib: "Bizim üçün çox pis gündür, amma ayağa qalxa bilərik. Komanda olaraq özümüzü çox pis hiss edirik. Futbolçu karyeram da daxil olmaqla, bu mənim ən böyük hesablı məğlubiyyətim idi. Belə bir hesabı heç gözləmirdim.

Qırmızı vərəqə matçın qırılma nöqtəsi oldu. Hesabı da rəqib açmışdı və qırmızı vərəqədən də istifadə edib fərqi artırdılar. Futbolçularım 4-cü qoldan sonra tamamilə oyundan qopdu və ağlasığmaz bir hesab ortaya çıxdı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail