Xabi Alonso: "Liverpool"dan "Real"a getmək çox çətin idi"

04.09.2016 | 4089 dəfə oxunub

Vaxtilə "Liverpool" və "Real Madrid" kimi komandaların şərəfini qoruyan Xabi Alonso karyerası haqqında maraqlı açıqlamaları ilə gündəmə gəlib. Stadium.az xəbər verir ki, hazırda "Bayern Munich"in şərəfini qoruyan 34 yaşlı futbolçu Rafael Benitezlə münasibətlərindən danışıb: "Liverpool"da çıxış edərkən baş məşqçi Rafa Benitez mənə gələcək planlarında olmadığını və komandanı tərk etməli olduğumu söylədi. 2008-ci ildə "Juventus" məni transfer etmək istəsə də, klublar anlaşa bilmədilər və mən "Liverpool"da qaldım. Növbəti mövsüm Benitezə komandadan ayrılmaq istədiyimi söyləyəndə o, bunun əleyhinə oldu. Təəccübləndim, amma "Liverpool"u tərk etmək istəmirdim. Benitezlə anlaşa bilməyincə "Real Madrid"ə transfer oldum. Bu, karyeramda verdiyim ən çətin qərar idi. Rafa ilə münasibətimiz yaxşı deyildi, amma heç kəs bu mövzuda onu günahlandırmadı.

Daha sonra sözlərinə belə davam edən ispan yarımmüdafiəçi "Liverpool"la ölkə çempionu ola bilməməsinə də toxunub: "Karyerama baxanda yaşadığım yeganə peşmançılıq hissi "Liverpool"la İngiltərə çempionu ola bilməməyim idi. Liverpulda çempionluğu hər şeydən çox istəyən, arzulayan insanlar tanıyırdım. Bir çempionluğun şəhərdə necə qeyd olunacağını heç vaxt bilməyəcəm. Lakin İstanbuldan kubokla qayıtdıqdan sonra şəhərdə hamı bunu çılğın şəkildə qeyd etməsinin şahidi olduğumu söyləməliyəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail