Adil Şükürov: "Hesab bu gün bizə lazım olan nəticədir"

25.10.2016 | 3756 dəfə oxunub

"İki fərqli hissə izlədik. İlk hissədə biz, ikinci hissədə AZAL üstün oynadı".

Qol.az-ın sportnet.az-a məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının IX turunda AZAL-la səfər oyunundan (1:1) "CBC Sport"a açıqlamasında deyib.

Baş məşqçi sonra bunları bildirib:

"Rəqib döyüşkən komanda idi. Hesab bu gün bizə lazım olan nəticədir. Bir xal da qızıla bərabərdir. Bu səbəbdən təəssüflənməyə dəyməz. Vüqar və Krneta yox idi. Bu səbəbdən müdafiədən topla çıxmaqda bir az problem yaşadıq. Vüqara gəldikdə, meydançanın mərkəzində top itirmək hər bir komanda üçün itkidir. Orada olan cərimə zərbəsi heç nədən oldu. O qolu biz özümüz qapımıza gətirdik. Bu oyundur və belə şeylərə hazır olmaq lazımdır".

A.Şükürov növbəti turda "Kəpəz"lə keçiriləcək görüşdən də danışıb:

"Növbəti turda "Kəpəz"lə qarşılaşacağıq. Futbolçularımız peşəkardır. Nəticə baxımından "Kəpəz"in üstünlüyü var. Amma düşünürəm ki, bu onların axırıncı belə üstünlüyü olacaq. Bizi çox çətin oyunlar olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail