“Qarabağ”a “Qəbələ” ilə oyunda azarkeşlik edəcəm” - "Slovan"ın baş məşqçisi

25.11.2016 | 5587 dəfə oxunub

“Bu qələbəni çox önəmli sayırıq. Ona görə ki, bu, Avropa Liqasındakı oyunda qələbədir və rəqib də “Qarabağ” idi”. 

Stadium.az-ın məlumatına görə, bunu “Slovan”ın baş məşqçisi Yindrix Trpişovski deyib.

Avropa Liqasının V turunda öz meydanında “Qarabağ” üzərində böyükhesablı (3:0) qələbə qazanan Liberets təmsilçisinin baş məşqçisi mattçdan sonra keçirilən mətbuat konfransında  jurnalistlərin suallarını cavablandırıb.
 
“Azarkeşlərimizə söz vermişdik ki, qələbə qazanacağıq. Buna nail olduğumuz üçün çox şadıq. Bugünkü matçda qalibiyyət çempionatdakı məğlubiyyəti unutdurdu. Oyunçularıma da xoş sözlər demək istərdim. Bu gün bir yumruq kimi mübarizə apardılar və qalib gəldilər”.

- Dünən demişdiniz ki, 40-dan çox yaşım var və möcüzəyə inanmıram. Bu qələbədən sonra sözünüzü geri götürürsüz?

- Sizin tövsiyənizə baxdım və bunu qəbul etdim. Dünən sirkə gedib möcüzələrin necə yarandığını gördüm. Bunu da tətbiq etdim. Bunun arxasında möcüzə yox, komandanın yaxşı oynaması dayanır.

- Demək olarmı ki, bu sizin rəhbərliyiniz altında “Liberets”in ən yaxşı oyunu idi. Qısa müddətdə nə baş verdi ki, oyun keyfiyyətiniz dəyişdi?

- Deməzdim ki, ən yaxşı oyunumuz idi. “Slovan” ötən mövsüm də yaxşı oyunlar keçirib. Bu, bizim ən yaxşı oyunlarımızdan biridi. Bizim çempionatla Avropa Liqası fərqlidi. Futbolçularımız hər iki turnirdə fərqli çıxış edir. Bu, bizim üçün bəlkə yaxşı, bəlkə də pis haldı. Çempionatın son matçı bizim üçün ən pis oyunlardan biri idi. Bundan zəif oynaya bilməzdik. Təbii ki, futbolda hər şey ola bilər. Erkən qolu vurduğumuz üçün oyun açıldı.

- Komandanızın növbəti mərhələyə adlamasını nə dərəcədə real görürsünüz?

- Bizim üçün bu, böyük şansdır. Salonikiyə turist kimi getməyəcəyik. Çalışacağıq Yunanıstanda qələbə qazanaq. “Qarabağ”a isə “Qəbələ” ilə matçda azarkeşlik edəcəm. Bu komandada Almeyda və Kintanaya böyük hörmətim var. Bugünkü qələbə ilə şansımızı bir qədər artırdıq. Ancaq bizi hələ çox mürəkkəb oyunlar gözləyir. Həm çempionatda, həm də Avrokubokda. Heyətlə bağlı bir qədər problemimiz var idi. Hətta bu gün bir futbolçumuz 20-ci dəqiqədə meydandan çıxmaq istəyirdi.

- Matçdan əvvəl sözü bir araya qoyduğunuzu demişdiniz. Sizin üçün dəyişən nə oldu?

- Əvvəla azarkeşlərimizə minnətdaram. “Yablonets”lə qarşılaşmadan sonra bizi fitə basırdılar. Onlardan belə oyuna görə üzr istəməli idik. “Yablonets”lə matçdan sonra futbolçular öz aralarında yığışıb müzakirə apardılar. Həmin iclasda heç mən iştirak etmədim. Həmin görüşdən sonra 20 dəqiqə oturub, ünvanımıza deyilən sözlərə qulaq asdııq, çünki asmalı idik. Bu gün isə oyunumuzun zirvəsində idik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail