"Özümə problem yaratmamaq üçün susuram"

26.11.2016 | 5809 dəfə oxunub

"Çelsi"nin təcrübəli futbolçularında olan Con Obi Mikel komandadan ayrıla bilər.

Stadium.az xəbər verir ki, Con Terridən sonra ən uzun müddət London klubunda çıxış edən 29 yaşlı futbolçu ayrılıq barədə düşünür. Yay Olimpiya Oyunlarında Nigeriya milli komandasının heyətində iştirak etdiyi üçün baş məşqçi Antonio Konteylə arası dəyən təcrübəli futbolçu bu mövsüm Premyer Liqada forma şansı qazanmayıb və belə durum onu qane etmir.

"BBC"yə açıqlama verən Obi Mikel "Mən üzərimə düşən məsuliyyətlərdən qaçan biri deyiləm. Baş məşqçimiz Olimpiya Oyunlarına getdiyim və mövsüm öncəsi hazırlıqlara qatılmadığım üçün komandanı ciddiyə almadığımı düşünür. Onu inandırmaq üçün əlimdən gələni edirəm, amma inanmırsan nəsə edə bilmərəm. Yanvar ayında nələrin olacağını görəcəyik" ifadələrini işlədib.

"Çelsi"də böyük uğurlar qazandığını bildirəm futbolçu "Mən bu klubun ən yaxşı illərinin bir parçasıyam. Mən gəlməmişdən öncə komanda Çempionlar Liqasının qalibi olmamışdı. ÇL-nin qalibi olduğumuz həmin finalın ən yaxşı oyunçusu seçildim. 400-ə yaxın oyunda meydana çıxdım və adımı klubun tarixinə qızıl hərflərlə yazdırdım. Heç bir peşmanlığım yoxdu. Çox şey deyə bilərəm, amma özümə problem yaratmamaq üçün susuram" deyib.

Qeyd edək ki, Obi Mikel "Çelsi" formasıyla 2 Premyer Liqa, 1 Çempionlar Liqası, 1 Avropa Liqası çempionluğu qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail