"Futbolçunun maaşını verməkdə çətinlik çəkiriksə, ot örtüyündən danışmağa ehtiyac yoxdu"

04.02.2017 | 5931 dəfə oxunub

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XVI turunda "Qarabağ"la oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandrıb:

- Futbolçulara təşəkkür edirəm. Yaxşı mübarizə, düzgün oyun göstərdilər. Azlıqda qalmağımıza baxmayaraq, müdafiədə düzgün oynadıq. Amma futbolun yazılmayan qanunları var. Qarşıda bizi ağır 12 oyun gözləyir. Yeni gələnlərdən Madonun 6 kq-a qədər artıq çəkisi var. Amma, "Qəbələ" ilə görüşdə iştirak edəcək. Omeqa çox xoşuma gəldi. 

- Qırmızı vərəqə epizodunu necə şərh edərdiniz?

- Bu barədə heç nə demək istəmirəm. Futbolda belə hallar olur, bunu təbii qarşılamaq lazımdı.

- Amma meydanda təbii qarşılamadınız...

- Meydançada hər şeyi soyuq başla təhlil edirsən. Biz istəsək də, istəməsək də, hakim səhvləri var. Öz futbolçumla da söhbət elədim, onları tənbeh etdim. İlk sarını nəyə görə verdiyini bilmədim. Tounkaranın ayağında iki deşik var idi. İkinci sarını veribsə, deməli, var idi. Danışmağın nə xeyri var?

- "AZAL Arena"nın durumu qənaətbəxş deyil. Bunun oyununuza nə kimi təsiri oldu?

- Məni ot örtüyü yox, maliyyə durumu düşündürür. Futbolçunun maaşını verməkdə çətinlik çəkiriksə, ot örtüyündən danışmağa ehtiyac yoxdur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail