"İrəli çıxmaq üçün zamanımızı gözləməliyik"

27.07.2017 | 1705 dəfə oxunub

"Qəbələ"nin yarımmüdafiəçisi Endi Hallidey Avropa Liqasının II təsnifat mərhələsində "Panathinaikos"a qarşı oyun öncəsi yunan mətbuatına açıqlama verib.

Stadium.Az xəbər verir ki, şotland futbolçu səfərdə qələbə qazana biləcəklərini qeyd edib.

"Panathinaikos" öz tərzi ilə seçilən komandadır. Rəqibin heyətində çox təhlükəli oyunçular var. Düşünürəm ki, biz rəqibdən heç də zəif deyilik. Özümüzə görə oyun tərzimiz, yaşı heyətimiz var. Fikrimcə, "Jagiellonia" ilə səfər matçındakı kimi oynasaq, Afinadan sərfəli nəticə ilə qayıda bilərik. Bunu etmək üçün hər şey öz əlimizdədir, qarşımızı kəsən yoxdur".

Hesab edirəm ki, irəli çıxmaq üçün zamanımızı gözləməliyik. Bir-iki hücumla da oyunun taleyini həll etmək olar. Amma bütünlüklə müdafiə olunacağımızı zənn etmirəm. Əgər səfərdə qol vura bilsək, bizim üçün üstünlük olacaq. Belə olacağı təqdirdə cavab oyununda da rahatlıqla meydana çıxa bilərik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

23.07.2018

22.07.2018

21.07.2018

12:09  Millimiz yerində qaldı - Yeni reytinq sıralaması

20.07.2018

16:51  "Qarabağ"la qarşılaşmağımıza hələ də inanmırıq" - "Kukesi"nin baş məşqçisi

19.07.2018

18.07.2018

20:14  “Qarabağ” - “Olimpiya” - HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail