"Qarabağ"la oyunda qələbə qazanacağımıza ümid edirəm"

30.10.2017 | 3568 dəfə oxunub

“Bilirdik ki, çətin oyun olacaq. “Vilyareal” çətin rəqibdi. İrəliyə atıldıq, ancaq istədiyimizi edə bilmədik. Sadəcə, bəxtimiz gətirmədi”.

Stadium.az xəbər verir ki, bu sözləri “Atletiko”nun yarımmüdafiəçisi Anxel Korrea İspaniya La Liqasının X turunda “Vilyareal”la ev oyunundakı heç-heçəni (1:1) şərh edərkən deyib. 

Klubun rəsmi saytına danışan argentinalı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la keçirəcəkləri görüşə də toxunub:

“Çalışmağa davam etməliyik. Çünki çərşənbə axşamı evdə daha bir finala bərabər oyunumuz var. Qol epizodları zamanı sakit olmalıyıq. Qələbə qazanacağımıza ümid edirəm”.

Qeyd edək ki, “Atletiko” – “Qarabağ” oyunu sabah, Bakı vaxtı ilə 23:45-də “Metropolitano” stadionunda keçiriləcək. Bakıdakı görüşdə komandalar meydandan qolsuz bərabərliklə ayrılmışdılar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail