Saul Niges: "Qarabağ"ı məğlub etmək lazımdır"

30.10.2017 | 4068 dəfə oxunub

“Bəzi futbolçular istədikləri mövqedə oynamaq üçün məşqçiyə hədə-qorxu da gəlirlər. Ancaq mən hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandama xeyir verməyə çalışıram”.

Stadium.az xəbər verir ki, bunu “Atletiko”nun yarımmüdafiəçisi Saul Niges deyib. İspaniya millisinin gənc üzvü Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyunöncəsi “Marca”ya geniş müsahibə verib. 23 yaşlı futbolçu son vaxtlar zəif nəticə göstərmələrini bəxtsizliklə əlaqələndirib. Saul hər şeyi yoluna qoymağa başladıqlarını əlavə edib:

"Kənardan deyilənlərə qulaq asmırıq. Əhatəmizdə mənfi şeylər olduğunu bilirik, ancaq biz daxilən güclüyük. Möhkəm kollektivimiz var, güclü olduğumuzu düşünürük. Özünəinamın yaranması üçün bir qələbə kifayətdi, ondan sonra qollar özü gələcək. May ayına qədər hələ çox vaxt var. Sabah “Qarabağ”ı, daha sonra isə “Deportivo”nu məğlub etmək lazımdı. Addım-addım irəliləyəcəyik”.

 Qeyd edək ki, “Atletiko” – “Qarabağ” qarşılaşması “Vanda Metropolitano” stadionunda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail