"Qarabağ"ın hər üç rəqibi TOP-15-də

07.11.2017 | 3686 dəfə oxunub

İsveçrənin İdman Araşdırmaları Mərkəzi (CİES) dünyanın ən bahalı heyətə sahib klubları ilə bağlı araşdırma apararaq onların reytinqini tərtib edib.

Stadium.az xəbər verir ki, siyahının ilk pilləsində "Mançester Siti" qərarlaşıb. İngiltərə klubunun heyətinin dəyəri 1 milyard 196 milyon avro olaraq qiymətləndirilib. "Mançester Siti"nin ən bahalı futbolçusu kimi isə təzminat qitməti 145 milyon avro olan Kevin de Bruyne göstərilib. Digər İngiltərə təmsilçisi "Tottenhem" ikinci (1 milyard 173 milyon avro), "Barselona" üçüncü (1 milyard 130 milyon ) pillədə qərarlaşıb.

Dünyanın ən bahalı heyətə sahib 15 klubun siyahısında "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki hər 3 rəqibi - "Çelsi", "Atletiko", "Roma" da yer alıb.


Siyahıya daxil edilən 15 klub aşağıda adları qeyd olunanlardır:

1. "Mançester Siti" - 1 milyard 196 milyon avro

2. "Tottenhem" - 1 milyard 173 milyon avro

3. "Barselona" - 1 milyard 130 milyon avro

4. "Çelsi" - 1 milyard 44 milyon avro

5. "Mançester Yunayted" - 919 milyon avro

6. "Real" (Madrid) - 903 milyon avro

7. "Liverpul" - 901 milyon avro

8. PSJ - 864 milyon avro

9. "Atletiko" - 800 milyon avro

10. "Yuventus" - 743 milyon avro

11. "Napoli" - 721 milyon avro

12. "Arsenal" - 666 milyon avro

13. "Bavariya" - 624 milyon avro

14. "Monako" - 604 milyon avro

15. "Roma" - 595 milyon avro



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail