Klop püşkdən narazıdı

13.04.2018 | 2345 dəfə oxunub

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkünü dəyərləndirib.

Stadium.az xəbər verir ki, o, "Roma" ilə düşdükləri üçün sevinmədiyini deyib: "Danışmalı olduğumu bilirdim. Ona görə nə hiss etdiyim barədə düşünməyə çalışdım, ancaq “Bavariya” və “Real”la düşmədiyimizə görə şükür edib, “Roma”ya sevinmək kimi bir fikrim yoxdur".

O, finala yüksəlmək şanlarının olduğunu vurğulayıb: "Bu, sadəcə, püşkatmadır. Əsas odur ki, mübarizəni davam etdiririk. Rəqibin kimliyindən asılı olmayaraq, bu, futboldur, hər zaman şans var. "Roma" ilə görüşdə də şansımız var".

Y.Klopp bildirib ki, əgər insanlar onlara asan rəqibin düşdüyünü düşünürlərsə, yanılırlar: "Mən həmin insanların fikrini dəyişə bilmərəm. Yəqin onlar "Roma"nın "Barselona"ya qarşı etdiklərini görməyiblər. "Roma" ikinci görüşdə demək olar ki, mümkünsüzü bacardı. Onlar həmin matçda 4:0 və ya 5:0 hesabı ilə qalib gələ bilərdilər".

"Liverpul" yarımfinalda "Roma" ilə qarşılaşacaq. Bu mərhələnin digər matçında isə "Real"la "Bavariya" üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail