Qvardiola keçmiş futbolçusunu yanına getirir

17.04.2018 | 2786 dəfə oxunub

Premyer Liqanın başa çatmasına 5 tur qalmış çempionluğunu elan edən "Mançester Siti" növbəti mövsümün planlarını cızır.

Stadium.az xəbər verir ki, rəhbərlik baş məşqçi Pep Qvardiola üçün 680 milyon avroluq transfer büdcəsi ayırıb. İspan mütəxəssisin heyətdə görmək istədiyi futbolçulardan biri "Bavariya"da çıxış edən Tyaqo Alkantaradır. Daha öncə "Barselona" və eləcə də Münhen klubunda Qvardiola ilə birgə çalışan futbolçu "şəhərlilər"ə gəlməyə müsbət yanaşır. Mançester təmsilçisinin digər hədəfindəki futbolçusu Kilian Mbappedir. PSJ "Monako"dan icarəyə götürdüyü futbolçunu birdəfəlik transfer etməyə də bilər. UEFA "fair-play" qaydalarına uyğun olaraq Paris klubu bu keçiddə geri addım ata bilər. Bu səbəbdən də "Mançester Siti"nin bu transferi reallaşdırmaq şansı var. Qvardiola hər iki futbolçunun dünya çempionatı başlayana kimi (14 iyun) transfer edilməsini arzu edir.


"Mançester Siti"nin gələcək mövsüm üçün transfer hədəfləri arasında Uilfrid Zaha, Yulian Vayql, Fred, Jorjinyo, Jan Seri, Tomas Lemar və Riyad Mahrezin olduğu bildirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail