"Barselona"da yüksəksəviyyəli yadplanetlilər var" - Montella

22.04.2018 | 3198 dəfə oxunub

“Barselona” bizi bütün amillərdə üstələdi. Çünki onların finallarda böyük təcrübələri var”.

Stadium.az xəbər verir ki, bu sözləri İspaniya Kral Kubokunun finalında “Barselona”ya 0:5 hesabı ilə uduzduqları oyundan sonra “Sevilya”nın baş məşqçisi Vinçenso Montella deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan italiyalı mütəxəssis böyükhesablı məğlubiyyəti rəqibin heyətində çıxış edən ulduz futbolçularla əlaqələndirib:


“Barselona”nın heyətində yüksək səviyyədə çıxış edən yadplanetlilər var. Misal üçün İnyesta elə bir oyun sərgilədi ki, sanki onun 25 yaşı var. Biz meydanda ürəklə mübarizə apardıq. Buraxılan ilk qoldan sonra vəziyyəti dəyişməyə çalışdıq, qol epizodları yaratdıq. Amma oyuna nəzarət tamamilə rəqibin əlində idi”.

Məğlubiyyətə görə azarkeşlərdən üzr istəyən Montella komandadakı gələcək taleyi haqda da danışıb: “Azarkeşlərimizdən üzr istəyirəm. Paltardəyişmə otağında məyusluq hökm sürürdü. Oyunçularımın necə ağladığını gördüm. Ancaq təslim olmamalıyıq. Avroliqaya vəsiqə qazanmaq üçün çempionatda mübarizəmizi davam etdirməliyik. O ki qaldı klubdakı gələcəyimə, bura 4 ay öncə gəlmişəm. Çempionlar Liqasında tarix yazdıq, kubokda finala qədər gəldik. Klubla müqaviləm var və mən işimi davam etdirmək istəyirəm”.

"Sevilya” dünən Kral Kubokunun finalında “Barselona”ya 0:5 hesabı ilə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail