İngiltərə çempionatı: "Mançester Yunayted" darmadağın oldu - YENİLƏNİB

05.01.2012 | 7607 dəfə oxunub

İngiltərə Premyer-liqasında 20-ci tura yekun vurulub. Stadium.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib.

Ötən tur "Çelsi"ni səfərdə məğub etmiş "Aston Villa" ev oyununda "Suonsi"yə uduzub. "Mançester Yunayted"i səfərdə yenmiş "Blekbörn" isə azarkeşləri qarşısında "Stok Siti"yə boyun əyib. KPR üzərində qələbə qazanan "Norviç" isə rəqib meydanında sevinib.

"Çelsi" səfərdə çətinliklə də olsa "Vulverhempton" üzərində qələbə qazana bilib. "Arsenal" isə hesabı açmasına baxmayaraq, "Fulhem" səfərindən xalsız qayıtmalı olub.

Turun mərkəzi matçında "Mançester Siti" azarkeşləri önündə "Liverpul"la qarşılaşıb. "Şəhərlilər" rəqibini asanlıqla məğlub edib. "Tottenhem" isə ev oyununda "Vest Bromviç"i minimal hesabla üstələyib. Ötən tur "Mançester Siti"ni ev oyununda son dəqiqə qolu ilə yenmiş "Sanderlend" isə səfərdə "Uiqan"ı darmadağın edib.

"Mançester Yunayted" səfərdə "Nyukasl"la qarşılaşıb. "Qırmızı şeytanlar" gözlənilməz məğubiyyətlə üzləşib. "Nyukasl" 3 cavabsız qolla qalib gəlib. Günün digər matçında isə "Bolton" səfərdə "Everton"a qalib gəlib.

İngiltərə Premyer-liqası
20-ci tur

2 yanvar
 
Aston Villa – Suonsi – 0:2
Qollar: Dayer, 5, Routlece, 47.
 
Blekbörn - Stok Siti – 1:2
Qollar: Qudvil, 70 – Krauç, 17; 45.
 
KPR – Norviç – 1:2
Qollar: Barton, 11 – Pilkinqton, 42, Morison, 83.
 
Volverhempton – Çelsi – 1:2
Qollar: Uard, 84 – Ramires, 54, Lempard, 89.
 
Fulhem – Arsenal – 2:1
Qollar: Siduell, 85, Zamora, 90+2 – Kosçielni, 21.
 
3 yanvar
 
Tottenhem - Vest Bromviç - 1:0
Qol: Defoe, 63.
 
Uiqan - Sanderlend - 1:4
Qollar: Rodalleqa, 62 - Qardner, 45+3. Makklin, 55. Sesenyon, 73. Vauqan, 80.

Mançester Siti - Liverpul - 3:0
Qollar: Aquero, 11. Yaya Ture, 33. Milner, 75.
 
4 yanvar
 
Everton - Bolton - 1:2
Qollar: Hovard, 63 - N'qoq, 67. Qari Kahil, 78.
 
Nyukasl - Mançester Yunayted - 3:0
Qollar: Ba, 33. Kabaye, 47. Cons, 90-öz qapısına.

SıraKomandaOQНMT-FXal
1 Mançester Siti20153256-1648
2 Mançester Yunayted20143349-2045
3 Tottenhem19133336-2042
4 Çelsi20114539-2537
5 Arsenal20113636-2836
6 Liverpul2097424-1834
7 Nyukasl2096529-2533
8 Stok Siti2085722-3129
9 Norviç2067730-3525
10 Sanderlend2066827-2324
11 Everton1973920-2224
12 Suonsi2058720-2323
13 Aston Villa2058722-2623
14 Fulhem2058722-2623
15 Vest Bromviç20641019-2822
16 Vulverhempton20451122-3617
17 KPR20451119-3517
18 Bolton20511425-4316
19 Uiqan20361118-4115
20 Blekbörn20351229-4314



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail