İspaniya kuboku: "Barselona" 1/8-ə darmadağınla başladı - YENİLƏNİR

05.01.2012 | 6683 dəfə oxunub

İspaniya kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Stadium.az xəbər verir ki, bu mərhələ La Liqa klubları üçün uğursuz başlayıb.

"Atletik" səfərdə "Albasete" ilə qolsuz heş-heçə edib. "Levante" isə rəqib meydanında "Alkorkon"a məğlub olub. "Rasinq" səfərdə aşağı dəstə təmsilçilərindən "Mirandez"ə iki cavabsız qolla yenilib.

Madrid "Real"ı azarkeşləri qarşısında "Malaqa" ilə oyuna pis başlayıb. Qonaqlar ilk hissədə vurduqları iki qolla fasiləyə üstün yollanıblar. Ancaq Joze Mourinyonun rəhbərliyindəki "Real" ikinci hissədə özünə gəlib və 10 dəqiqəyə üç qol vuraraq əzmkar qələbə qazanıb.

"Barselona" azarkeşləri qarşısında "Osasuna" ilə qarşılaşıb. Kataloniya təmsilçisi hər iki hissədə iki qol vurmaqla növbəti mərhələ üçün vəsiqəni, demək olar ki, təmin edib.

Digər oyunda isə "Real Sosyedad" "Malyorka" üzərində iki cavabsız qolla qələbə qazanıb və cavab matçı üçün üstünlük qazanıb.

Kubokun 1/8 final mərhələsinin ilk turu bu gün keçiriləcək iki oyunla başa çatacaq.

İspaniya kuboku
1/8 final
İlk oyunlar

3 yanvar
 
Albasete – Athletik – 0:0
 
Alkorkon – Levante – 2:1
Qollar: Borja, 13. Naqore, 51 - Palyardo, 23.

Mirandez – Rasinq – 2:0
Qollar: İnfante, 34. Martins, 45+1.
 
Real – Malaqa – 3:2
Qollar: Xedira, 68. İquain, 70. Benzema, 78 - Sançes, 10. Demiçelis, 29.

4 yanvar
 
Real Sosyedad - Malyorka - 2:0
Qollar: Aranburu, 17. Aqiretks, 55.
 
Barselona - Osasuna - 4:0
Qollar: Fabreqas, 14; 19. Messi, 73; 90+1.
 
5 yanvar

23:00. Kordoba - Espanyol
01:00. Valensiya - Sevilya



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail