Alleqri Ronaldonun qolundan danışdı

28.10.2018 | 4485 dəfə oxunub

Komanda ardıcıl 12-13 oyun qələbə qazandıqda, istər-istəməz, yorğunluq təsir edir. Matça yaxşı başlasaq da, sonradan tempi aşağı saldıq və “Empoli” bir neçə dəfə bizi əks-hücumlarda yaxaladı. Rəqibin mərkəz hücumçusu və digər futbolçuları istənilən komanda üçün problem yarada bilər. 

Bu sözləri “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 9-cu turunun “Empoli”ilə oyunundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib. Əzmkar qələbə qazandıqları görüşü dəyərləndirən mütəxəssis ikinci hissədə daha yaxşı təsir bağışladıqlarını söyləyib: “Çünki rəqib artıq yorulmuşdu. Bu matçda göstərdiyimiz oyundan asılı olmayaraq, qələbə qazanmaq vacib idi. Amma “Empoli”nin çıxışını da qeyd etmək lazımdır”.

Paulo Dibalanın oyunu haqda fikirlərini bildirən Alleqri Kriştiano Ronaldonun vurduğu ikinci qoldan danışıb: “Dibala xüsusilə ikinci hissədə yaxşı oynadı. O, möhtəşəm futbolçudur, oyundan-oyuna artırır. Əla səbri var, nə vaxt şans verilsə, özünü ən yaxşı tərəfdən göstərir. Ronaldonun vurduğu qola gəlincə, bunu uşaqlara göstərmək lazımdır, qoy, təkrarlamağa çalışsınlar”. 

"Empoli” ilə oyunda “Yuventus”a qələbə gətirən qolları Ronaldo vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail