"Real"dan Peresə görə getdim"

29.10.2018 | 4322 dəfə oxunub

Mövsümün əvvəlində “Real”ı “Yuventus”a dəyişən Kriştiano Ronaldo “kral klubu”ndan ayrılmasının əsl səbəbini  açıqlayıb.

Stadium.az xəbər verir ki, portuqaliyalı futbolçu "France Football" nəşrinə açıqlamasında Madrid təmsilçisindən ayrılmasını klubun prezidenti Florentino Pereslə əlaqələndirib: “Son vaxtlar hiss edirdim ki, klubda mənə qarşı münasibət dəyişib. Xüsusilə də prezident məni əvvəlki kimi qəbul etmirdi. İlk 4-5 ildə özümü Kriştiano Ronaldo kimi hiss edirdim. Daha sonra isə klub prezidenti mənə elə gözlərlə baxırdı ki, sanki bu komanda üçün vacib biri deyiləm. Məhz bu amil məni getmək barədə düşünməyə vadar etdi. Hərdən özüm haqda xəbərləri izləyirdim. Deyirdilər ki, guya mən özüm “Real”dan ayrılmaq üçün nəsə xahiş etmişəm. Bu da var idi, amma əslində Peresin məni komandada saxlamayacağına dair təəssürat yarandığı üçün bu addımı atdım. Hər şey pulla əlaqəli olsaydı, “Real” və “Yuventus”dakından 5 dəfə çox qazana biləcəyim Çinə gedərdim. Turinə pula görə gəlmədim. Çünki Madriddə də eyni məbləği qazanırdım. Fərq ondadır ki, “Yuventus” həqiqətən məni istədi. Onlar bunu mənə dedilər və izahını da verdilər”. Qeyd edək ki, Ronaldo mövsümün əvvəlində 105 milyon avro qarşılığında “Real”dan “Yuventus”a keçib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail