Tieri Anri azarkeşlərdən üzr istədi

17.01.2012 | 7592 dəfə oxunub

İcarə əsasında "Arsenal"da çıxış edən Tieri Anri azarkeşlərdən üzr istəyib. Stadium.az xəbər verir ki, "Suonsi"yə səfərdə 2:3 hesabı ilə uduzan "Arsenal" futbolçuları Anrinin bələdçiliyi ilə onları dəstəkləməyə gələn azarkeşlərin əyləşdiyi tribunaya yaxınlaşıb. Lakin bu zaman xoşagəlməz hal yaşanıb. Azarkeşlərdən biri Anriyə təhqiramiz sözlər söyləyib. Təcrübəli futbolçu da hisslərini cilovlaya bilməyib və azarkeşə eyni formada cavab verib.

Məsələ ilə bağlı ölkə mətbuatına açıqlama verən fransız futbolçu bunları dilə gətirib: "Bazar günü həqiqətən şok oldum, ancaq bunun səbəbi matçın nəticəsi deyildi. Matçdan sonra bütün oyunçuların səfər matçında bizi dəstəkləmək üçün stadiona gəlmiş azarkeşləri alqışlamasını istədim. Ancaq anlaşılmaz bir hal yaşandı və bir azarkeş bizi təhqir etdi. Ona başa salmağa çalışdım ki, bizim təhqirə yox, dəstəyə ehtiyacımız var. Ancaq bunu daha sakit şəkildə izah edə bilərdim. Buna görə də azarkeşlərdən üzr istəyirəm. Pis niyyətim yox idi, lakin daha sakit davranmalı idim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail