Qvardiola: "180 dəqiqəlik bir oyun olduğunu unutmalıyıq"

18.01.2012 | 5575 dəfə oxunub

Bu gün İspaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində səfərdə "Real"la qarşılaşacaq "Barselona"nın baş məşqçisi Pep Qvardiola fikirlərini bölüşüb. Stadium.az xəbər verir ki, Qvardiola qarşılaşma barədə bunları dilə gətirib:

"Bu günə qədər gördüyümüz işlər çox yaxşıdır, ancaq yenə də qələbə qazanmalıyıq. Mənim itirəcəyim çox şey var. Eləcə də hər kəsin itirəcəyi bir çox şey var.

"Santiaqo Bernabeu"ya qələbə qazanmaq üçün çıxacağıq. Futbol hər gün daha sürətli oynanılır. 180 dəqiqəlik bir oyun olduğunu unutmalıyıq. Çünki cavab matçını düşünərək oynasaq, səhv etmiş olarıq və cəzasını çəkərik. "Real"ın cərimə meydançası ətrafından güclü zərbələr endirə bilən futbolçuları var və standart vəziyyətlərdə uğur qazana bilirlər. Yaxşı nəticə əldə etmək üçün topa sahib olmalı və rəqibin əks-hücumlarına qarşı lazımı tədbirləri görməliyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail