Mourinyo UEFA nümayəndəsini aldatmağından danışıb - İlginc plan

20.01.2019 | 4158 dəfə oxunub

"Mançester Yunayted"dən ayrılan Joze Mourinyo hazırda çalışdığı "beIN Sports" kanalına maraqlı açıqlamalar verib.

Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis "Çelsi"də çalışdığı günlərdən söz açıb. Belə ki, 2004/05 mövsümündə Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona" ilə cavab görüşündə qeyri-etik hərəkətlər edən Mourinyo iki oyunluq cəzalandırılmışdı. Bu səbəbdən də o, 1/4 finalda "Çelsi"nin Münhen "Bayern"i ilə oyunlarında texniki zonada ola bilməyəcəkdi. Hətta UEFA Mourinyoya paltardəyişmə otağına girişi və texniki zona ilə əlaqə saxlamağı da qadağan etmişdi. Qərara əsasən, 55 yaşlı çalışdırıcı yalnız tribunada - VİP lojada matçı seyr edə bilərdi. Mourinyonun köməkçisi Ruy Faria həmin gün özünü şübhəli aparırdı. Başqa vaxt papaq taxmayan adam oyun günü bu addımı atmışdı. Sən demə, məşqçi qulaqcıqla Mourinyo ilə əlaqə saxlamaq üçün bunu edib. UEFA nümayəndəsinə yaxalanmamaq üçün belə bir atılıb. Faria paltardəyişmə otağında gizlənən Mourinyodan göstərişləri alırdı. Taktiki gedişlərin vərəqlərini almaq üçün digər köməkçi Silvinyo Lauronunu onun yanına yollayırdı. Silvinyo üç dəfə əlində vərəqlə geri döndü. Mourinyo əvəzetmələri də köməkçilərinə çatdırmışdı. Mourinyo açıqlamasında baş verənləri gizlətməyib və hadisəni olduğu kimi danışıb: "Çempionlar Liqası böyük yarışdır. Cəzalansam da, komandamın yanında olmalı idim, özü də belə bir vacib məqamda. Bəli, mən bunu etdim! Deməli, oyuna hələ çox qalmışdı, ancaq mən 7 saat əvvəl paltardəyişmə otağına gəlib gözləməli oldum. Ona görə də orada olduğumu heç kəs görmədi. Hələ ki, yaxşı gəlmişik, işlər qaydasında gedir, məni görən olmayıb. Oyun bitəndən sonra əsas problem stadiondan ayrılmaq idi. Mən necə edəcəkdim? Əlbəttə, bunu da öncədən düşünmüşdük. Stüard məni metaldan olan böyük səbətin içinə qoydu. Bir az nəfəs almaq üçün qapağında ara saxlamışdı, yoxsa boğulardım. Stüard paltardəyişmə otağını tərk edəndə UEFA nümayəndələri onu təqib etməyə başladılar. Ancaq onlar məni tampaqda çarəsiz idilər, çünki stüard qapağı riskə getməmək üçün tam bağladı. Mən isə nəfəs ala bilmirdim! Təhlükə sovuşanda qutunun ağzını açdı, mən az qala ölürdüm, nəfə ala bilmirdim. Ciddiyəm, məndə klaustrofobiya (qapalı yerlərdən qorxmaq) var".

Sözügedən matçda "Çelsi" "Bayern"ə 4:2 hesabı ilə qalib gəlmişdi. Cavab görüşündə London klubu 2:3 hesabı ilə uduzsa da, yarımfinala yüksəlmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail