İngiltərə mətbuatı: "Mourinyonu ya Löv, ya da Venqer əvəzləyəcək"

25.01.2012 | 5359 dəfə oxunub

İngiltərə mətbuatı "Real"ın Joze Mourinyo ilə yollarını ayıracağı təqdirdə komandaya rəhbərlik edə biləcək mütəxəssislərin adlarını açıqlayıb. Stadium.az xəbər verir ki, ada mətbuatının iddiasına görə, Mourinyonu ya Yoaxim Löv, ya da Arsen Venqer əvəzləyəcək.

La Liqada "Barselona"dan 5 xal öndə olmasına və "Barselona" ilə oyunlardan başqa digər qarşılaşmalarda baxımlı oyun göstərməsinə baxmayaraq, portuqaliyalı mütəxəssisin işini buraxması barədə xəbərlərin ardı-arası kəsilmir.

Son olaraq İngiltərə mətbuatından "Daily Mail" Florentino Perezin Mourinyonun yerinə "Arsenal"ın baş məşqçisi Arsen Venqeri və ya Almaniya millisinin çalışdırıcısı Yoaxim Lövü gətirə biləcəyini yazıb. Bunun səbəblərindən biri kimi "Barselona" ilə oyundan sonra Mourinyonun azarkeşlər tərəfindən fitə basılması göstərilib.

Portuqaliyalı mütəxəssis isə buna çox da önəm vermədiyini bildirib. Azarkeşlər önündə Bilbao "Atletik"i üzərində 4:1 hesablı qələbə qazandıqları matçdan sonra Mourinyo bunları dilə gətirib:  "Mən fitə basılmağı, əslində, çox da önəmsəmirəm. "Real" azarkeşləri vaxtilə Zinəddin Zidanı, bu yaxınlarda isə Kriştiano Ronaldonu belə fitə basıb. Mən isə bu etirazların müqabilində onlara sevinc bəxş etmək istəyirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail