Türkiyə kuboku: Bütün yarımfinalçılar müəyyənləşdi - YENİLƏNİB

13.04.2012 | 6660 dəfə oxunub

Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Stadium.az xəbər verir ki, ilk oyun günündə sadəcə bir qarşılaşma olub.

Bir oyundan ibarət olaraq keçirilən mərhələnin ilk matçında "Eskişəhərspor" "Antalyaspor"la qarşılaşıb və 3 cavabsız qolla qələbə qazanaraq yarımfinala yüksələn ilk komanda olub.

İkinci oyun günündə də bir matç olub. "Fənərbaxça" "Kayserispor"la qarşılaşıb. 90 dəqiqəsi heç-heçə başa çatmış oyunun əlavə vaxtında qol vurulmayıb. Penaltilər seriyasının sonunda isə "Fənərbaxça" sevinib.

"Karabükspor" "Boluspor"la qarşılaşıb və son dəqiqələrdə vurduğu qolla yarımfinala yüksəlib. "Bursaspor" isə "Sivasspor"u darmadağın edərək kubokda iddialı olduğunu sübut edib. 

 
Türkiyə Kuboku
1/4 final mərhələsi

10 aprel
 
Eskişəhərspor – Antalyaspor – 3:0
Qollar:Zengin, 41; 48, Batuhan Karadeniz, 69.

11 aprel

Fənərbaxça - Kayserispor - 2:2 (penaltilər - 5:4)
Qollar: Baroni, 48. Sou, 90 - Amrabat, 43. Kuyoviç, 47

12 aprel

Karabükspor - Boluspor - 1:0
Qol: İlhan Parlak, 86.
 
Sivasspor - Bursaspor - 1:4
Qollar: Kavuk, 57 - Bataya, 6. Pinto, 36; 38. Vederson, 78.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail