"Bursaspor"un qolçusu "4 böyüy"ə qənim kəsilib

11.11.2012 | 7221 dəfə oxunub

"Beşiktaş"la oyunda "Bursaspor"un ilk qoluna imza atan Stanislav Şestak Spor Toto Super Liqdə 14-cü qoluna imza atdı. Stadium.az xəbər verir ki, "Bursaspor"a qədər "Ankaragücü"nün də formasını geyən Şestak 69 oyunda forma geyib. Böyük məhsuldarlıq nümayiş etdirməməsinə baxmayaraq, "Bursaspor"lu forvard "4 böyük"lərə qənim kəsilib. Belə ki, Şestak vurduğu 14 qoldan 8-ni "nəhəng"lərin qapısından keçirib. 2010-11 mövsümündə "Ankaragücü"nün 4-2 qalib gəldiyi matçda "Qalatasaray"a 1 qol vuran Şestak, 3-2 hesabı ilə başa çatan görüşdə də "Cim-Bom"un qapısına 3 dəfə yol tapdı. Şestak həmin mövsüm "Fənərbaxça"nı 2:1 hesabı ilə üstələdikləri matçda da dubl etməyə imkan tapıb. Ötən mövsüm "Bursaspor"un heyətində "Trabzonspor"u məyus edən Şestak cümə günü də "İnönü"də adını tabloya yazdırdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail